Almaniya Prezidenti Türkiyəyə gedir
16 Aprel 2024 19:29 DünyaAlmaniya Prezidenti Frank-Valter Ştaynmayer aprelin 22-də Türkiyəyə 3 günlük səfər edəcək.
Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Sputnik Türkiye" məlumat yayıb.
Bildirilib ki, o, səfər çərçivəsində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Səfər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 100 illiyi ilə bağlıdır.
Frank-Valter Ştaynmayer İstanbulla yanaşı, Qaziantep və Ankarada da olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31