“İranın vurulacağını əvvəldən bilirdik”

Avropa Birliyi (AB) İsrail ordusunun İranın Suriyadakı konsulluğunu atəşə tutmasından sonra İranın İsrailə cavab hücumu barədə əvvəlcədən məlumatlı olub.

Olaylar.az teleqraf.com-a istinadən bildirir ki, bunu AB-nin xarici siyasət xidmətinin rəhbəri Jozef Borrel deyib.

"Bir neçə gün əvvəl (İranın cavab hücumu ilə bağlı) bizə xəbərdarlıq edilmişdi, - AB-nin baş diplomatı bildirib.

Borrel bu məlumatı dəqiq haradan aldıqlarını açıqlamayıb.

Onun iddiasına görə, AB-nin siyasi məqsədi Yaxın Şərqdə münaqişənin genişlənməsinin qarşısını almaqdır.

"Bu, hər kəsin öz fiqurlarını irəli apardığı şahmata bənzəyir", - Borrel əlavə edib.

Avropalı diplomat həmçinin qeyd edib ki, Dəməşqdəki konsulluğa hücumdan sonra AB Tehrana regionda heç bir ölkənin münaqişənin genişləndirilməsində maraqlı olmadığını bildirib: "Çünki bu, müharibənin davam edəcəyi anlamına gələcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31