Mirzoyan Səudiyyə Ərəbistanına gedəcək
16 Aprel 2024 17:47 DünyaErmənistanın xarici işlər naziri Ararat Mirzoyan Səudiyyə Ərəbistanına gedəcək.
Olaylar.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Məlumata görə, səfər 17-18 aprel tarixlərində baş tutacaq.
Qeyd olunub ki, bu, 2023-cü ilin noyabr ayında iki ölkə arasında diplomatik əlaqələr qurulandan sonra Ermənistan rəsmisinin Səudiyyə Ərəbistanına ilk yüksək səviyyəli səfəri olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31