Rusiya və İran Prezidentləri Vladimir Putinlə İbrahim Rəisi arasında telefon danışığı baş tutub.
Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Kreml yayıb.
Bildirilir ki, söhbət İran tərəfinin təşəbbüsü əsasında aparılıb. Putinlə Rəisi Yaxın Şərqdəki hazırkı vəziyyəti müzakirə ediblər.