Ermənistanın Səhiyyə Nazirliyində axtarış aparılır
16 Aprel 2024 14:25 DünyaErmənistanın İstintaq Komitəsi və Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları birgə istintaqı aparılan cinayət işi çərçivəsində Səhiyyə Nazirliyində və tibb mərkəzlərindən birində axtarışlara başlayıb.
Olaylar bildirir ki, əməliyyat-istintaq tədbirləri komitədə konstitusiya quruluşunun dəyişdirilməsi və ictimai asayişin pozulmasına cəhd faktı üzrə araşdırılan cinayət işi çərçivəsində həyata keçirilir.
Ermənistanın İstintaq Komitəsindən bildirilib ki, əməliyyatın təfərrüatları barədə əlavə məlumat veriləcək. (APA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31