Danimarkanın birja binasında yanğın!- ÖZƏL
16 Aprel 2024 13:49 DünyaOlaylar.az xəbər verir ki, Danimarkanın paytaxtı Kopenhagendə tarixi birja binasında yanğın baş verib.
Danimarkanın paytaxtı Kopenhagendə tarixi birja binasının bərpası zamanı baş verən yanğın 17-ci əsrə aid binanı bürüyüb. Binanın damındakı 54 metr hündürlüyündəki dirək alova tab gətirə bilməyib və aşıb. Yanğınsöndürmə briqadası alovlara müdaxilə etməyə davam edir.
Sözügedən birja binası Kopenhagenin görməli yerlərindən biridir. Bina hazırda birjaya ev sahibliyi etmir, Danimarka Ticarət Palatası tərəfindən istifadə olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31