Təxribatlar İrəvanın özü üçün problemlər yaradacaq- ÖZƏL
16 Aprel 2024 13:41 Dünya"Fransanın Ermənistanı silahlandırması fakt rəsmi Parisin Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək cəhdidir. Məqsəd bölgədə yeni müharibəni alovlandırmaqdır". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Sevinc Fətəliyeva deyib: "Bununla da, Fransa Ermənistana dəstək bəhanəsi ilə regiona daxil olmağa çalışır. Ona görə də, rəsmi Paris bəzi beynəlxalq aktorları da prosesə gəlb etməyə cəhd göstərir. Azərbaycan tezliklə Ermənistanla sülh sazişinin imzalanmasının tərəfdarıdır. Lakin Ermənistan regionda vəziyyəti gərginləşdirməyə çalışmaqla münasibətlərin normallaşdırılması təşəbbüslərinə qarşı çıxır. Amma belə təxribatlar rəsmi İrəvanın özü üçün problemlər yaradacaq. Ermənistan müharibədə məğlub olub, ona görə də mövcud reallıqlarla barışmalı, razılaşmalara, o cümlədən beynəlxalq hüquq normalarına və götürdüyü öhdəliklərə əməl etməlidir. Ona görə də, rəsmi İrəvan Qərbdəki havadarlarına, xüsusilə Fransaya güvənməməlidir"