Avropanın vahid mövqeyinin olmaması Putini kifayət qədər cəsarətləndirib- ÖZƏL
16 Aprel 2024 13:19 Dünya"Rusiya - Ukrayna cəbhəsində situasiya Kiyevin əleyhinə dəyişir. Rusiyanın hücumları, taktiki uğurlar əldə etməsi Ukrayna ordusunda ruh düşkünlüyü və geri çəkilmə ilə nəticələnir. ABŞ-da prezident seçkiləri öncəsi Kongresin Ukraynaya yardımları təsdiq etməməsi, Avropanın vahid mövqeyinin olmaması V. Putini kifayət qədər cəsarətləndirib". "Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib: "Rusiya prezidenti təkcə Ukraynanı deyil, Polşa və Baltikyanı ölkələri və Mərkəzi Asiyani cəzalandırmağı planlaşdırır. Təbii ki, Avropanın cəsarətsizliyi, ABŞ vecsizliyu Ukraynanın bir dövlət kimi mövcudluğunu sual altına qoyub. Almaniya, Fransa və Böyük Britaniya üçlük koalisiya yaradıb, Ukraynada Rusiyanın hücumlarını dayandıra bilər. Vaşinqtonda hesab edirdilər ki, Avropa Rusiya qarşısında mövqeyini ortaya qoyacaq. Amma, ABŞ respublikaçilarda İranın İsrailə hücumunun nə qədər təhlükəli olduğunu, Rusiya və İranın ikili əməkdaşlığınin Vaşinqtonun beynəlxalq maraqlarına təhdid olduğunun fərqinə gəlib.
Növbəti ayda Respublikaçılar Ukraynaya hərbi yardımı təsdiq etməsi mümkün ola bilər. Almaniya və Fransa da Ukraynada Rusiyanın irəliləyişinin təhlükəli olduğunu, Moskvanın Avropa üzərində dominantlığının yaxınlaşdıgıni hiss etdikdən sonra Ukraynaya əməli hərbi yardımları artıracaq. Proses yay aylarında mümkün görünür".