İranın İsrailə hücumu nəticəsində yaralanan tək şəxsin kimliyi AÇIQLANDI
16 Aprel 2024 12:44 DünyaŞənbə və bazar günlərində İranın İsrailə hücumu nəticəsində ağır yaralanan tək şəxsin kimliyi bəlli olub.
Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Negev səhrasının Arad kəndində yaşayan 7 yaşlı Əminə əl Hasonidir. Məlumata görə o, evlərinə qəlpə düşməsi nəticəsində başından yaralanıb.
Əminə İsrailin cənubundakı Beerşeba şəhərindəki Soroka Tibb Mərkəzində uşaq reanimasiya şöbəsində saxlanılır.
Qeyd edək ki, Negev səhrasında 300 minə yaxın bədəvi ərəb yaşayır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31