İranın zənginləşdirilmiş urana malik olması onun nüvə bombasına malik olması demək deyil - ÖZƏL

Olaylar.az xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi deyib ki, İran zənginləşdirilmiş uran ehtiyatına malik olsa da, bu, ölkənin nüvə bombasına malik olması demək deyil.

O, BMT Təhlükəsizlik Şurasının iclasından sonra jurnalistlərə deyib ki, agentliyin İranın nüvə silahı proqramına malik olduğuna dair heç bir sübutu yoxdur.
Qrossi İranın zənginləşdirilmiş uran ehtiyatlarını müzakirə etmək üçün yaxın bir neçə həftə ərzində Tehrana səfər etməyi planlaşdırdığını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31