Rusiyanın bu şəhərinin sakinləri daşqın səbəbindən təxliyə olunur

Rusiyanın Tümen vilayətində İşim şəhərinin sakinlərinin təcili təxliyəsinə başlanılıb.

Olaylar xəbər verir ki, bu barədə Rusiya KİV Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat yayıb.

Qeyd olunub ki, sakinlərin təxliyəsi İşim çayında suyun səviyyəsinin kritik həddə çatması ilə əlaqədardır.

"İşim çayında suyun səviyyəsi kritik dərəcədə artdığından, FHN sakinlərdən dərhal evlərini tərk edərək, təhlükəsiz bölgələrə yollanmağı xahiş edir. Yalnız sənəd və qiymətli əşyaları götürməyə icazə verilir. İşimdə 67 min nəfər yaşayır, şəhər özü isə eyniadlı çayın sol sahilində yerləşir", - məlumatda deyilir.

Xatırladaq ki, Rusiyanın Orenburq vilayətində də daşqın nəticəsində 10 mindən çox sahə və 5 mindən çox ev suyun altında qalıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31