Meksikada şəxsi helikopter qəzaya uğrayıb. Qəza nəticəsində pilot da daxil olmaqla 3 nəfər ölüb.
Olaylar.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb. Məlumatda qeyd olunub ki, helikopter paytaxtın Koyoakan bölgəsində qəzaya uğrayaraq alovlanıb.
Əraziyə axtarış-xilasetmə qrupları cəlb edilib. Qəza ilə bağlı araşdırmalara başlanılıb. (Sfera)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31