Ukrayna üçün mərmi istehsal edən ABŞ zavodu yandı
16 Aprel 2024 10:55 DünyaPensilvaniya ştatının Skranton şəhərində Ukrayna üçün mərmi istehsal edilən zavodda yanğın baş verib.
Olaylar xəbər verir ki, bu barədə "Atlas Nyus" məlumat yayıb.
Məlumata görə, bu zavod ABŞ ordusu üçün hərbi texnika istehsal edən yeddi zavoddan biridir:
"Zavod iri çaplı mərmilər və minaatan mərmiləri, o cümlədən 155 mm-lik mərmilər istehsal edir".
Qeyd olunur ki, zavodun sahibi olan "General Dynamics" şirkəti yanğın olduğunu təsdiqləyib. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31