Çexiya Ukraynaya 180 min mərmi göndərəcək - Fiala

Çexiya Ukrayna üçün 180 min mərminin alınmasına dair müqavilə imzalayıb.

Olaylar xəbər verir ki, bunu Çexiya Baş naziri Petr Fiala deyib.

O bildirib ki, satınalmalar 20 ölkənin maliyyə dəstəyi ilə həyata keçirilib:

"Çexiya indi daha 300 min mərmi təmin etmək üçün çalışır".

O, mərmilərin yaxın aylarda Ukraynaya tədarük ediləcəyini bildirib. (axar.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31