Çexiya İran səfirini XİN-ə çağırdı
15 Aprel 2024 20:03 DünyaÇexiya Xarici İşlər Nazirliyi İranın Praqadakı səfiri Seyid Məcid Qafilebaşını çağırıb.
Olaylar.az İran KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər naziri Yan Lipavski bildirib.
Qeyd olunub ki, səfirin XİN-ə çağırılma səbəbi İranın İsrailə hücumu ilə bağlı olub.
Xatırladaq ki, aprelin 13-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qanadlı və ballistik raketləri ilə "Doğru vəd əməliyyatı" kod adı altında İsrailə hücum edib. Hücumların aprelin 1-də İsrailin İranın Dəməşqdəki səfirliyini bombalamasına cavab olaraq həyata keçirildiyi bildirilir. Bu, iki ölkə arasında ilk birbaşa hərbi qarşıdurmadır.
Aprelin 14-də səhər saatlarında İran İsrailə qarşı əməliyyatın başa çatdığını elan edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31