Erməni nazir ölkədə Rusiya telekanallarına yayım qadağası qoyulacağını istisna etməyib
15 Aprel 2024 17:31 DünyaErmənistan Rusiya ilə kütləvi kommunikasiya sahəsində əməkdaşlıq sazişinə dəyişiklik olunmayacağı təqdirdə ölkədə rus telekanallarının yayımına qadağa qoya bilər.
Olaylar.az erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyan mətbuat konfransında deyib.
"Rusiya telekanallarını qadağan etmək istəmərik, lakin məzmuna görə məsuliyyətin olması üçün sazişə dəyişiklik etmək vacibdir", - o deyib.
Onun sözlərinə görə, Ermənistan hökuməti müvafiq dəyişikliklərlə bağlı təklifi artıq bu həftə tamamlayıb Rusiyaya təqdim etməyə çalışacaq.
"Ümid edirik ki, rusiyalı həmkarlarımız təklifə müsbət cavab verəcək və sazişə dəyişiklik edəcəyik", - erməni nazir əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31