Böyük Britaniya qanunsuz miqrantları Ermənistana göndərmək niyyətindədir
15 Aprel 2024 16:58 DünyaBöyük Britaniya ölkəyə gəlmiş qanunsuz miqrantların bir hissəsini Ermənistana göndərməyi planlaşdırır.
Olaylar.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Böyük Britaniya hökuməti qanunsuz miqrantların göndərilməsi ilə bağlı 10-a yaxın ölkəyə, o cümlədən, Paraqvay, Ekvador, Peru, Braziliya və Kolumbiyaya müraciət edib. Lakin sözügedən ölkələr təklifə maraq göstərməyiblər. Namibiya, Mərakeş, Tunis və Qambiya isə ümumiyyətlə müzakirələrdə iştirak etməkdən imtina ediblər.
Böyük Britaniyanın Ermənistan, Fildişi Sahili, Kosta-Rika və Botsvana ilə artıq danışıqlara başladığı qeyd olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31