Kilsədə ayin zamanı bir neçə nəfəri bıçaqladı - VİDEO

Sidneydə kilsədə ayin zamanı bir neçə nəfər bıçaqlanıb.

Olaylar bildirir ki, kilsənin yepiskopu Mar Mari Emmanuelin ayin zamanı hücuma məruz qaldığını əks etdirən videogörüntü yayılıb.

Videoda bir kişinin keşişin sinəsindən bıçaqladığı görünür. Keşiş yerə yıxılır və bir qrup kilsə ziyarətçisinin ona tərəf qaçması və təcavüzkarı keşişdən ayırmağa çalışması ilə daha beş nəfər bıçaqlanıb.

Kilsənin yepiskopu Mar Mari Emmanuel Assuriya Ortodoks inancının ultra mühafizəkar təriqətinin lideridir.

Hücum Ueyklidəki "Crist The Good Shepherd" kilsəsində baş verib.

Polis xəsarətlərin həyati təhlükəsinin olmadığını bildirib.

Bir nəfər həbs edilib. (APA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31