İranın İsrailə cavab hücumundan sonra Rusiya bütün tərəfdaşları ilə əlaqə saxlayır – ÖZƏL
15 Aprel 2024 15:35 Dünyaİranın İsrailə qarşı cavab hücumundan sonra Rusiya Türkiyə də daxil olmaqla bütün tərəfdaşları ilə əlaqə saxlayır.
Olaylar.az xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.
"Bu vəziyyət diplomatik kanallarla müzakirə olunur. Təbii ki, səfirlərimiz bütün həmkarları ilə, o cümlədən bu məsələ ilə bağlı əlaqə saxlayırlar. BMT Təhlükəsizlik Şurasının iclasının dünən keçirildiyini nəzərə alsaq, bizim missiyamız təbii ki, Türkiyə də daxil olmaqla müəyyən təsirə malik bütün ölkələrlə əlaqə saxlayır", - Qruşko bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31