İsrail ordusu İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı 8 fələstinlini saxlayıb - ÖZƏL

Olaylar.az xəbər verir ki, xəbər verir ki, İsrail Müdafiə Qüvvələri (IDF) İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı 8 fələstinlini saxlayıb.
Məlumata görə, altı nəfər Tulkərm şəhəri yaxınlığında, daha iki nəfər isə Ramallah yaxınlığındakı Kafr Nima məntəqəsində saxlanılıb.
İordan çayının qərb sahilində daha bir neçə yerdə reydlər aparılır.
Qeyd edək ki, 2023-cü il oktyabrın 7-də Qəzzada yerləşən Fələstin radikal qruplaşması HƏMAS-ın yaraqlıları Qəzza zolağından İsrail ərazisinə qəfil müdaxilə etdikdən sonra Yaxın Şərqdə gərginlik yenidən alovlandı. HƏMAS hücumunu İsrail hakimiyyətinin Qüdsün Köhnə Şəhərində Məbəd dağındakı Əl-Əqsa məscidinə qarşı aqressiv hərəkətlərinə cavab kimi qiymətləndirib. Buna cavab olaraq İsrail müharibəyə hazır vəziyyət elan etdi; 2,3 milyon fələstinlinin yaşadığı Qəzza zolağının tam blokadaya alındığını elan etdi; anklav və Livan və Suriyanın müəyyən hissələrinə hava zərbələri endirməyə başladı, ardınca anklavda quru əməliyyatı başladı. İordan çayının qərb sahilində də qarşıdurmalar davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31