Britaniya qanunsuz miqrantları Ermənistana göndərə bilər

Böyük Britaniya krallıqdan çıxarılan qanunsuz miqrantları qəbul edə biləcək dörd ölkə ilə danışıqlara başlayıb.

Olaylar xəbər verir ki, bu barədə məlumatı "The Times" qəzeti yayıb. 

Bildirilir ki, sözügedən məsələ ilə bağlı Ermənistan, Botsvana, Kot-dchr("39")İvuar və Kosta-Rika ilə dialoq aparılır. 

Məlumata görə, London əvvəllər Böyük Britaniya və Ruanda arasında əldə olunan razılaşmanın analoqu olan sazişi məhz bu dörd ölkə ilə bağlamaq niyyətindədir. 

Qəzet yazır ki, Britaniya artıq il yarımdır ki, krallıqdan çıxarılan qanunsuz miqrantları qəbul edə biləcək ölkələr axtarışındadır. Qeyd olunub ki, ölkənin Baş naziri Rişi Sunak hələ ötən ilin payızında müvafiq sazişləri bağlamağa ümid edirdi. Lakin Britaniya Ruandaya bir nəfər belə qanunsuz miqrant göndərə bilmədiyi üçün danışıqlar dalana dirənib. London və İrəvan arasında texniki danışıqların isə ötən ilin sentyabrında başladığı vurğulanıb. (qafqazinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31