Rusiyada daşqın nəticəsində 5 mindən çox ev suyun altında qalıb

Rusiyanın Orenburq vilayətində daşqın nəticəsində 10 mindən çox sahə və 5 mindən çox ev suyun altında qalıb.

Olaylar xəbər verir ki, bu barədə Orenburq şəhər administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, 10656 şəxsi sahə və 5503 ev suyun altında qalıb. Evlərin 55-i çoxmərtəbəli binalardır.

Məlumata görə, suyun altında qalan evlərdən və sahələrdən 16547 nəfər, o cümlədən, 4648 uşaq təxliyə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31