İranda sərnişin avtobusu aşıb - Ölənlər və yaralananlar var

Bu gün yerli vaxtla saat 04:00 radələrində İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətində Heyran aşırımında sərnişin avtobusu aşıb.

Olaylar-ın məlumatına görə, bunu İranın Ərdəbil vilayəti Qırmızı Ayara Cəmiyyəti idarəsinin müdiri Həmid Qəvidel deyib.

Onun sözlərinə görə, sərnişin avtobusunun aşması nəticəsində 5 nəfər ölüb, 18 nəfər xəsarət alıb.

Qəvidel bildirib ki, xəsarət alanlar təcili yardım maşınları ilə Ərdəbil və Astara xəstəxanalarına çatdırılıblar.

Hadisənin baş verməsinin səbəbləri araşdırılır. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31