Tehran aeroportları fəaliyyətini bərpa etdi
15 Aprel 2024 09:57 Dünyaİranın Tehran şəhərində İmam Xomeyni beynəlxalq aeroportu və Mehrabad beynəlxalq aeroportu fəaliyyətini bərpa edib.
Olaylar xəbər verir ki, bu haqda İranın Mülki Aviasiya Təşkilatı məlumat yayıb.
Bildirilib ki, qeyd olunan iki aeroport bu gün (15 aprel) yerli vaxtla saat 06:00-dan uçuşları həyata keçirməyə başlayıb.
Qeyd edək ki, aprelin 14-də İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) İsrailə onlarla raket və PUA atdığını təsdiqləyib. Bunun ardınca İranın Tehran aeroportları fəaliyyətini müvəqqəti olaraq dayandırıb. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31