İsrailə hücum zamanı 7 yaşlı qız ağır xəsarət aldı - Yaralılar var

İrandan gələn hücumun qarşısını almaq məqsədilə İsrailin atdığı raketin qəlpələri 7 yaşlı qıza ağır xəsarət yetirib.

Qafqazinfo.az  xəbər verir ki, bununla bağlı İsrailin fövqəladə xidməti məlumat verib.

Qeyd edilib ki, ağır kəllə-beyin travması alan azyaşlı xəstəxanaya yerləşdirilib.

Bundan əlavə bildirilib ki, dron və raket hücumları zamanı baş verən çaxnaşmada 31 nəfər yüngül xəsarətlərlə xəstəxanaya yerləşdirilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31