Qazaxıstanda daşqınlar: 102 mindən çox insan təxliyə edilib
13 Aprel 2024 10:38 DünyaQazaxıstanda daşqınlar başlayandan 102 mindən çox insan təxliyə olunub. Bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.Məlumata görə, daşqınlar başlayandan bəri 102 328 nəfər xilas edilib.
Xatırladaq ki, Qazaxıstanda daşqınlar mart ayında başlayıb. Ölkənin 8 regionunda yerli səviyyədə fövqəladə vəziyyət elan olunub. Xilasetmə işlərinə 35 mindən çox insan, 4 min texnika və 17 təyyarə cəlb olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31