Fransa XİN vətəndaşları İrana səfər etməməyə çağırıb
12 Aprel 2024 16:07 DünyaFransanın Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını İrana səfər etməməyə çağırıb.
Olaylar.az xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.
Rəsmi məlumatda bu çağırış İranın İsrail, Fələstin və Livanda törədə biləcəyi hər hansısa təhlükəli hadisələrlə əlaqələndirilib. Eyni zamanda vətəndaşlardan adıçəkilən ölkələrə də getməmək xahiş olunub.
Bəyanatda, həmçinin İrandakı fransız diplomatların ailə üzvlərinin Parisə qayıdacağı da açıqlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31