Qızılın qiyməti rekord vurub
12 Aprel 2024 14:51 DünyaNyu-York birjasında ticarət zamanı qızılın qiyməti növbəti dəfə tarixi maksimumunu yeniləyib.
Olaylar.az xarici KİV-lərə istinadən xəbər verir ki, səhər saatlarında qızılın unsiyası 2403 dollara (+1,28%) satılıb.
Bundan əvvəl ticarət zamanı qızılın qiyməti 1 troy unsiyası üçün 2412,7 dollar olub. Aprelin 3-də qiymətli metalın qiyməti ilk dəfə olaraq 2,3 min dolları ötüb.
Birjada gümüşün qiyməti isə 1 unsiya üçün 28,92 dollara kimi bahalaşıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31