Böyük Britaniyada gizli laboratoriyada dron əleyhinə radiotezlikli silah hazırlanıb
12 Aprel 2024 14:46 DünyaBöyük Britaniyada Porton Daun gizli elmi laboratoriyasının mütəxəssisləri konkret hədəflərin, xüsusən dron və ya kommunikasiya vasitələrini sıradan çıxarmaq üçün nəzərdə tutulmuş radiotezlikli silah hazırlayıblar.
Olaylar.az xəbər verir ki, bu barədə "The Times" qəzeti elmi mərkəzin nümayəndəsinə istinadən məlumat yayıb.
Məlumata görə, qısa lüləli silaha bənzəyən cihaz elektron sxemlərə təsir göstərərək onları həddən artıq yükləyən və hədəfləri sıradan çıxaran elektromaqnit impuls yaradır.
Qeyd olunub ki, cihazı həmçinin ordu maşınının arxasına quraşdırmaqla hərbi bazaları dron hücumlarından və ya hərəkət edən konvoyu hava təhdidlərindən qorumaq üçün də istifadə etmək mümkündür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31