Mirzoyan məhkəmədə dindirildi

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan döyülməsi ilə bağlı dindirilmək üçün İrəvan məhkəməsinə çağırılıb.

Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan mətbuatı yayıb.

Qeyd olunur ki, məhkəmədə dindirilən A.Mirzoyan aprelin 9-da parlament iclasından sonra bir qrup şəxs tərəfindən döyüldüyünü bildirib.

Xatırladaq ki, A.Mirzoyan bundan əvvəl də döyülüb.

2020-ci ildə Ermənistanın kapitulyasiya aktına imza atmasından sonra qəzəblənən etirazçılar Ararat Mirzoyanı vəhşicəsinə döymüşdülər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31