Finlandiya prezidenti Qərbi Rusiya ilə mümkün münaqişəyə hazırlaşmağa çağırıb

Finlandiya prezidenti Aleksandr Stubb Avropa liderlərini Rusiyaya qarşı döyüşkən ritorikadan istifadə etməkdənsə, ordularını potensial münaqişəyə hazırlamağa çağırıb.

Olaylar.az xəbər verir ki, Finlandiya prezidenti bu fikirləri "Financial Times" qəzetinə müsahibəsində səsləndirib.

Onun sözlərinə görə, Avropa daha az danışmalı və Rusiya təhdidinə qarşı daha çox hazırlaşmalıdır.

Finlandiya prezidenti bildirib ki, Rusiyaya qarşı açıqlamalar Avropa dövlətlərinin diqqətini əslində fokuslanmalı olduqları tədbirlərdən yayındırır.

Stubb qeyd edib ki, bu tədbirlər Kiyevə hərbi yardımın davam etdirilməsi və Qərb ölkələrinin öz silahlı qüvvələrini mümkün münaqişəyə hazırlamasıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31