ABŞ husilərin 11 dronunu vurub

ABŞ Yəmənin "Ənsar Allah" hərəkatının 11 pilotsuz uçuş aparatını (PUA) vurub.

Olaylar.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, PUA-lardan ikisi Ədən körfəzi, biri isə Qırmızı dəniz üzərində vurulub.

CENTCOM PUA-ların ABŞ və digər beynəlxalq koalisiyalara məxsus digər gəmiləri, eləcə də, ticarət gəmiərini hədəf aldığını qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31