Ukrayna PUA-sı 2 uşağı öldürdü
10 Aprel 2024 20:38 DünyaUkrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı Rusiyanın Kursk vilayətinin Apanasovka kəndində mülki şəxslərin olduğu avtomobilin üzərinə partlayıcı qurğu atıb.
Olaylar.az APA-ya istinadən bildirir ki, bu barədə vilayətin qubernatoru Roman Starovoyt məlumat verib.
Hadisə nəticəsində həmin an avtomobildə olan ikisi uşaq olmaqla 3 nəfər həlak olub.
Qubernator həmçinin Ukrayna Silahlı Qüvvələri tərəfindən Kursk vilayətinin Qluşkovski rayonunun atəşə tutulması barədə məlumat verib. Onun sözlərinə görə, elektrik xətlərinin zədələnməsi nəticəsində bir neçə yaşayış məntəqəsi işıqsız qalıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31