Stoltenberq Ukraynanın tərəfini tutdu

Ukrayna özünümüdafiə məqsədi ilə öz ərazisindən kənarda yerləşən Rusiya hərbi obyektlərinə hücum etmək hüququna malikdir.

Olaylar.az axar.az-a istinadən bildirir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.

"Ölkədən kənarda legitim hərbi hədəflərə hücum etmək özünümüdafiə hüququnun bir hissəsidir", - o bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31