Almaniya Ukraynaya yeni hərbi yardım paketini açıqladı
10 Aprel 2024 17:32 DünyaAlmaniya Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb. Yardım paketinə pilotsuz təyyarələr və artilleriya mərmiləri də daxildir.
Olaylar.az xəbər verir ki, bu barədə Almaniya hökuməti məlumat yayıb.
Siyahıya, həmçinin, minatəmizləmə maşını, 155 millimetr kalibrli altı min mərmi, 16 vektor kəşfiyyat aparatı, 30 RQ-35 "Heidrun" kəşfiyyat pilotsuz təyyarəsi, 30 dəst dron əleyhinə avadanlıq, 11 mobil minatəmizləmə sistemi də daxildir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31