Fizik Piter Hiqqs dünyasını dəyişdi- ÖZƏL

"Tanrı hissəciyi" və ya Hiqqs bozonunu proqnozlaşdırmaqla məşhurlaşan ingilis fizik, Nobel mükafatı laureatı Piter Hiqqs dünyasını dəyişib. 

Olaylar.az xəbər verir ki, alimin ölümü barədə Edinburq Universitetinin mətbuat xidmətindən məlumat verilib. 
Məşhur fizikin 94 yaşı var idi. O, müasir dövrün elmi ictimaiyyətinin ən hörmətli nümayəndələrindən biri idi. 

Qeyd edək ki, Hiqqs elementar hissəciyin birbaşa kəşfindən 48 il əvvəl varlığını proqnozlaşdırmağı bacaran alim idi. Hiqqs bozonunun mahiyyətini bir sözlə izah etmək çətindir, lakin subatomik hissəciklərdəki kütlənin mənşəyini izah edir və əslində kainatın bütün qüvvələrini birləşdirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31