İranda terror aktı: 6 polis öldürüldü

Bu gün İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətində magistral yolda terror aktı törədilib.

Trend  bildirir ki, bu barədə İran KİV-i məlumat verib.

Məlumata əsasən, terrorçular iki polis avtomobilinə hücum ediblər. Nəticədə 6 polis məmuru öldürülüb və bir neçə nəfər də yaralanıb.

Qeyd edilir ki, "Ceyş əl-Ədl" terror qruplaşması terror aktının məsuliyyətini üzərinə götürüb.

Xatırladaq ki, son günlər İranın Sistan və Bəluçestan vilayətində polis məmurları və hərbçilərin ölümü ilə nəticələnən ardıcıl bir neçə terror aktları baş verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31