Azərbaycanca danışdı, kürdlər iclası tərk etdi
9 Aprel 2024 16:51 DünyaAprelin 8-də Urmiyanın Şəhər Şurasının iclasında qarşıdurma və qalmaqal yaşanıb.
Olaylar.az bildirir ki, bu barədə yerli media fəalları məlumat yayıb.
Şəhər Şurasının iki kürd əsilli üzvü Sasan İbrahimzadə və Sadiq Təvəkkülimehr onlar barədə tənqidi yazı dərc edən yerli "Carçı" media orqanının nümayəndəsinin iclasda iştirakına etiraz ediblər.
Şuranın türk üzvlərinin onların etirazlarının yersiz olduğuna dair çıxışları qarşıdurmaya səbəb olub.
Sasan İbrahimzadə və Sadiq Təvəkkülimehr şuranın türk üzvü Rəsul Əsgərzadənin məsələ ilə bağlı Azərbaycan dilində çıxışına etiraz edib və iclası tərk ediblər. (axar.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31