“Zelenski öz ölümündən danışıb” – Məşhur nəşr
9 Aprel 2024 16:31 DünyaQərb Ukraynaya kömək etməsə, ölkə "sağ qalmayacaq". Bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Olaylar.az bildirir ki, "Bild" nəşrinin köşə yazarı Frans-Yozef Vaqner isə sözügedən açıqlamanı "Zelenskinin ölümü" kimi şərh edib. O bildirib ki, Ukrayna lideri bunları deməklə əslində öz sonundan danışır.
"Zelenski "sağ qalmayacaq" dedikdə, o, həm də öz ölümündən danışır", - Vaqner gündəlik köşə yazısında qeyd edib.
Ukrayna Prezidenti daha əvvəl bildirib ki, ABŞ hərbi yardım etməzsə, Kiyev Rusiya ilə münaqişədə məğlub olacaq. O qeyd edib ki, Ukraynanın nəinki qalib gəlməsi, hətta dayanması da çətin olacaq. (Sfera)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31