Türkiyə malların İsrailə ixracını məhdudlaşdırdı
9 Aprel 2024 12:17 DünyaTürkiyənin Ticarət Nazirliyi aprelin 9-dan Qəzzada hərbi əməliyyatlar bitənə və humanitar yardımın maneəsiz çatdırılması üçün şərait yaradılana qədər 54 adda sənaye malının İsrailə ixracına məhdudiyyətlər tətbiq edəcək.
Olaylar xəbər verir ki, bu barədə Türkiyənin Ticarət Nazirliyinin yeni dərc olunan xüsusi qərarında bildirilib.
Məlumata görə, bu məhdudiyyətlər polad, alüminium, boya, elektrik kabelləri, aviasiya yanacağı, yağlar, gübrələr, bəzi növ sənaye avadanlıqlarından hazırlanan müxtəlif növ məhsullara tətbiq edilib. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31