Rusiya-Çin münasibətləri iki liderin sayəsində görünməmiş səviyyədədir - ÖZƏL

Rusiya və Çin arasında münasibətlər iki ölkə liderlərinin sayəsində görünməmiş səviyyəyə çatıb və Vladimir Putinin yenidən Rusiya prezidenti seçilməsi onların dərinləşdirilməsi kursunun davamlılığına zəmanət verir.

Olaylar.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov çinli həmkarı Wang Yi ilə danışıqlarda deyib.

"Biz görürük ki, iki liderin sayəsində Rusiya və Çin arasında hərtərəfli tərəfdaşlıq münasibətləri heç bir şişirtmədən görünməmiş səviyyəyə çatıb", - Rusiyanın baş diplomatı bildirib. 

"Vladimir Putinin prezident kimi yenidən seçilməsi də onların daha da gücləndirilməsi istiqamətində kursun davamlılığına əlavə təminatlar verdi" - o, əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31