Rusiyanın Əməkdar artistinin meyiti tapıldı

Rusiyanın Əməkdar artisti, opera və estrada müğənnisi, "Qolos" ("Səs" yarışması) şousunun iştirakçısı Yevgeni Kunqurovun meyiti tapılıb.

Olaylar xəbər verir ki, "112" teleqram kanalının məlumatına görə, o, həyat yoldaşına mesaj yazaraq həyatını sonlandıracağını deyib. 

Xanımı xilasetmə xidməti ilə əlaqə saxlayıb. O, ərindən mesaj aldığını və onu mənzildə hədələdiyini bildirib. Mesajda "cəsədimi sabah vannada tapacaqsan" deyə, yazıb. Bundan sonra ifaçı zənglərə cavab verməyib.

40 yaşlı Kunqurovun meyiti evinin yaxınlığında tapılıb.

"TASS"ın hüquq-mühafizə orqanlarına istinadən məlumatına görə, sənətçinin bədənində zorakılıq əlamətləri yoxdur. Kunqurovun son vaxtlar depressiya vəziyyətində olduğu təsdiqlənib.  (axşam.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31