Türkiyədə sərnişin avtobusu yandı

İstanbul-İzmir magistral yolunda hərəkət edən sərnişin avtobusu naməlum səbəbdən Bursa vilayətindəki Orhangazi tunelinin girişində yanıb.

Olaylar xəbər verir ki, alov qısa müddətdə bütün avtobusa yayılıb, 39 sərnişin dərhal təxliyə edilib.

Tüstüdən zəhərlənən 3 sərnişinə yerində tibbi yardım göstərilib. Ümumilikdə 16 sərnişin yaxınlıqdakı xəstəxanaya göndərilib. Onların həyatları ilə bağlı təhlükənin olmadığı bildirilib.

Hadisə yerinə gələn yanğınsöndürənlər alovun yayılmasının qarşısını alıblar. Avtobus yararsız hala düşüb, İstanbul-İzmir yolu bir müddət bağlı qalıb. (trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31