İran xarici işlər naziri Dəməşqdə yeni konsulluq binasının açılışında iştirak edəcək
8 Aprel 2024 16:50 Dünyaİran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Suriya paytaxtı Dəməşqə səfəri çərçivəsində yeni konsulluq binasının açılışında iştirak edəcək.
Olaylar bu barədə İran KİV-ə istinadən məlumat verir.
Bildirilir ki, yeni konsulluq binası Dəməşqdə vurularaq dağıdılan İran konsulluq binasının yaxınlığında yerləşir.
Qeyd edək ki, İran KİV 6 apreldə İranın Dəməşqdə konsulluğunun fəaliyyətini bərpa etdiyini bildirib.
Xatırladaq ki, 1 apreldə İsrail HHQ-nin Suriya paytaxtı Dəməşqin Mezze məhəlləsini vurması nəticəsində 13 nəfər, o cümlədən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Suriya və Livan üzrə komandanı, general Məhəmməd Rza Zahedi və onun müavini Məhəmməd Hacı Rəhimi ölüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31