Cozep Borrell Qırmızı dənizdə gəmiçiliyin müdafiəsindən danışıb

Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozep Borrell Qırmızı dənizdə Aİ missiyasının fəaliyyətindən danışıb.

Olaylar bu barədə xarici KİV-ə istinadən xəbər verir.

"Aİ Qırmızı dənizdəki vəziyyətə müdaxilə etməyə məcbur idi, çünki husilər sərbəst hərəkətə mane olurdular. Ticarət təhdid altında idi, gəmi daşımalarının qiyməti bahalaşmışdı. Aİ-nin Qırmızı dənizdə gəmilərin mühafizəsi üzrə fevralın 19-da başlayan "Aspides" missiyasının iştirakçıları 68 gəmini müşayiət edib və 11 hücumu dəf edib. Aİ missiyası son dərəcə müdafiə xarakteri daşıyır", - Aİ ali nümayəndəsi deyib.

Qeyd edək ki, Aİ-nin Qırmızı dənizdəki missiyası hazırda dörd freqatdan ibarətdir. ABŞ və Böyük Britaniyanın Süveyş kanalında ticarət gəmilərinin mühafizəsi üçün özlərinin ayrı koalisiyası var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31