Rusiyanın birinci rübdə büdcə kəsiri ilkin olaraq 6,5 milyard dollar təşkil edib – ÖZƏL
8 Aprel 2024 13:43 DünyaOlaylar.az xəbər verir ki, 2024-cü ilin birinci rübündə Rusiyanın federal büdcəsinin kəsiri ilkin rəqəmlərə görə 607 milyard rubl (6,5 milyard dollar) təşkil edib.
"İlkin hesablamalara görə, 2024-cü ilin birinci rübündə federal büdcənin gəlirləri 8,719 trilyon rubl təşkil edib ki, bu da 2023-cü ilin birinci rübündə əldə edilən gəlirlərdən 53,5% çoxdur", - nazirlik bildirib.
İlkin olaraq, 2024-cü ilin birinci rübündə federal büdcə xərcləri 9,326 trilyon rubl (100,9 milyard dollar) təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 20,1% çoxdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31