İrəvanda aksiya keçirilir

Ermənistan Xarici İşlər Nazirliyinin binası qarşısında siyasi məhbusların azadlığa buraxılması tələbilə etiraz aksiyası keçirilir.

Olaylar bildirir ki, aksiya iştirakçıları hazırda İrəvanda səfərdə olan Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriçdən ölkədəki siyasi məhbuslarla bağlı dinləmələrin keçirilməsini tələb edir. (APA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31