Rusiya qoşunları Çasov Yar yaxınlığında Ukraynanın neonasist Azov silahlılarının kolonnasını məhv edib - ÖZƏL

Rusiya qoşunları Donetsk Xalq Respublikasının (DXR) Çasov Yar yaxınlığında Ukraynanın neonasist Azov birləşməsinin (Rusiyada terrorçu qrup kimi qadağan edilmiş) yaraqlılarının kolonnasını məhv edib.

Olaylar.az xəbər verir ki, bunu DXR rəhbərinin müşaviri İqor Kimakovski bildirib.

"Çasov Yardan bir neçə kilometr aralıda Aerokosmik Qüvvələrimizin endirdiyi zərbələr Ukrayna silahlı qüvvələrinin ehtiyat heyətinin olduğu yük maşınlarının kolonnasını məhv edib. Kəşfiyyat məlumatları göstərir ki, yük maşınlarının içərisində Kiyevin qurduğu 3-cü briqadanın onlarla şəxsi heyəti olub", - müşavir bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31