Rostec qumbaraatanlar üçün sursat istehsalını artırır - ÖZƏL

"Rostec" qumbaraatanlar üçün döyüş sursatlarının istehsalını artırır, çünki onlara Ukrayna əməliyyatı zonasında böyük tələbat var.

Olaylar.az xəbər verir ki, bunu "Rostec" Dövlət Korporasiyasının Silah Sistemləri üzrə Sənaye Direktoru Bekhan Ozdoyev bildirib.

"Ötən il biz xüsusi hərbi əməliyyatdan əvvəlki dövrlə müqayisədə avtomatik və lüləli qumbaraatanlar üçün döyüş sursatlarının istehsalını 5 dəfə artırdıq. Tələbat çox olduğundan bu cür sursatların istehsalını davam etdirməyi planlaşdırırıq" - o, deyib.

O, əlavə edib ki, buraxılış qurğuları yaxın taktiki zonada Rusiya qüvvələrinin hücum potensialını artırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31