Tramp Rusiyanı hücuma sövq edir, NATO-nu sarsıdır
8 Aprel 2024 11:33 DünyaDonald Tramp yenidən ABŞ prezidenti seçilərsə, Amerika diplomatiyası bütün tərəflərin paylaşdığı beynəlmiləlçi irsi pozacaq.
Olaylar xəbər verir ki, bu barədə jurnalist və yazıçı Jil Pari "Le Monde" nəşri üçün qələmə aldığı məqaləsində bildirib.
O bildirib ki, artıq indidən Ağ Evin keçmiş rəhbəri öz ölkəsinin seçiminə təsir edir.
Pari xatırladır ki, fevral ayında Tramp Rusiyanı alyans qarşısında maliyyə öhdəliklərini yerinə yetirməyən istənilən üzv ölkəyə hücum etməyə "sövq etməklə", NATO-nun əsaslarını yenidən sarsıdıb:
"Bu, alyansın bir NATO ölkəsinə hücumun onun bütün üzvlərinə hücum olduğunu nəzərdə tutan 5-ci maddəsinin rədd edilməsidir". (axar.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31